Avtomobillərin sığortasında yeni – QAYDA - VİDEO

Avtomobillərin kasko sığorta tarifləri yeni üsulla hesablanacaq. Dəyişikliyin məqsədi sığorta şirkətlərini iflas riskindən qorumaqdır. Yəni sığorta şirkəti reallıqda 200 manata başa gələn kasko müqaviləsini rəqabət naminə 150 manata satırsa bu addım şirkəti risk altında qoyurdu. Ancaq yenilikdə belə bir tələb qoyulur ki, sığorta şirkəti kasko müqaviləsini maliyyə ehtiyyatlarının nəzərə alaraq müəyyən edə bilər. Bu isə o deməkdir ki, şirkət kasko tariflərinə özbaşına qiymət qoya bilməyəcək. Mütəxəssislərin fikrincə, bu qayda iri maliyyə ehtiyyatlarına malik sığorta şirkətlərinin bazarda daha da möhkləmlənməsinə, kiçik şirkətlərin sıradan çıxmasına gətirib çıxara bilər.
Ancaq yeni qaydaların avtomobil sahibləri üçün geniş seçim imkanı yaradacağını deyən ekspertlər də var.
Yeniliyin tətbiqi ilə bağlı Dövlət Sığorta Nəzarəti Xidməti, Sığortaçılar Assosasiyası və şirkətlərlə müzakirələr aparır. Oktyabr ayındakı müzakirələrdə tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












