Avtomobillərin sıxılmış qazla işləməsi təhlükəlidirmi? - Ekspert rəyi

Hazırda dünyada, eləcə də Azərbaycanda nəqliyyat vasitələrində yanacaq kimi sıxılmış təbii qazdan (CNG) istifadə edilməsi halları artır. Lakin bəzən yanacağın bu növünün təhlükəli olduğu bildirilir, hər an yanacaq balonunun partlama ehtimalı olduğu vurğulanır.
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sıxılmış qazın 2 variantı var – CNG və LPG.
Ekspert bildirib ki, ekoloji baxımdan CNG daha təmizdir və eyni zamanda daha təhlükəsizdir: “Bütün dünyada bu sıxılmış qaz növü daha çox populyarlaşıb. Xüsusən benzin mühərrikli avtomobillərin sonradan sıxılmış qaz yanacağı ilə də işləyə bilməsi üçün modernizasiyası mümkündür. Azərbaycanda rəsmi sertifikatı olan bir neçə müəssisə var ki, həmin qaz avadanlıqlarını avtomobillərə quraşdırırlar, təhlükəsizliyə, bütün standartlara cavab verməsinə də zəmanət verirlər. Düşünürəm, sıxılmış qaz yanacağından istifadə etmək həm də daşımaların maya dəyəri baxımından daya faydalıdır. Bilirsiniz ki, sıxılmış qaz daha ucuzdur, faydalı iş əmsalı daha yüksəkdir və sıxılmış qazla benzindən daha çox məsafə qət etmək mümkündür. Təhlükəsizlik təmin edildikdən sonra sıxılmış qaz çox faydalı yanacaq növdür”. (Trend)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












