Avtomobillərlə bağlı gözlənilməz qadağa: Çin geri addım atdı - VİDEO

2012-ci ildə "Tesla"nın avtomobil bazarına gətirdiyi yenilik - avtomobillərin qapı dəstəklərinin içəridən açılması tezliklə dəb halını aldı. Bu yenilik Çində təkrarlanaraq həmin bazarda geniş şəkildə istifadə edilməyə başlandı. Lakin indi Çin bu tətbiqə qadağa qoyur.
Bunun səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, avtobloger Araz Mübarizoğlunun Baku TV-yə dediklərinə görə, bu yeniliyin müsbət tərəfi gizli tutacaqların avtomobillərə aerodinamik üstünlük verməsidir. Lakin mənfi tərəfləri daha çoxdur. O qeyd edib ki, Çin avtomobilləri daha çox Rusiyaya ixrac olunur və soyuq hava şəraitində bu cür gizli tutacaqların açılması problemlər yarada bilər.
Araz Mübarizoğlu əlavə edib ki, bu mexanizm yalnız görkəm üçündür, amma həm təhlükəli, həm də bahalıdır:
"Yanğın zamanı bu qapıları açmaq mümkün olmur, çünki sistem maşını bloklayır, bu da insanların avtomobildən çıxmasını və xilas olunmasını çətinləşdirir".
Qeyd edək ki, qayda qüvvəyə mindikdən sonra yalnız istehsal mərhələsində olan modellərə 2029-cu ilə qədər möhlət veriləcək. Elektron mexanizmlə idarə olunan, qapının içərisinə sıxılmış zərif tutacaqlar artıq sertifikat almayacaq. Mütəxəssislərin fikrincə, avtomobillərin mexaniki dəstəklərlə açılması həm avtomobil istehsalçıları, həm də vətəndaşlar üçün sərfəlidir. Çünki bu dəstəklər həm ucuz başa gəlir, həm də təhlükəsizdir.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










