“Avtoş” məmur övladlarına qarşı ŞOK gecə və həbsxana əməliyyatı

Ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirələrdə üzünü məmur korpusuna tutaraq, onların özlərini və övladlarını harın, qudurğan həyat tərzi sürməkdən çəkinmək çağırışıları artıq öz bəhrəsini verməkdədir. Bu çağırışdan irəli gələn vəzifələrin yerinə yetirilməsi uzun illərdr paytaxt sakinlərinin canını boğaza yığmış avtoxuliqanlara və sərxoş sürücülərə qarşı mübarizənin təşkilində də artıq lazımi effekt göstərməyə başlayıb. Belə ki, strateq.az-a daxil olan məlumata görə, təkcə son üç ay ərzində Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) xəttiylə 3048 nəfər sərxoş sürücü, eləcə də 195 nəfər avtoxuliqan saxlanılaraq, barələrində ölçü götürülüb. İşin ən maraqlı tərəfi odur ki, ilkin araşdırmalarda qanunvericiliyin tələblərini kobud şəkildə pozan sürücülərin əksəriyyətinin məmur və biznesmen övladaları və ya onların yaxın qohum-əqrabasının olduğu üzə çıxıb.
Mənbənin bildirdiyinə görə, BDYP xəttiylə xüsusən gecələr keçirilən reydlər zamanı sürücülərin təkcə spirltli içkilər deyil, eyni zamanda bəzilərinin müxtəlif dozalarda narkotik və psixotrop maddələrdən də istifadə etməklə sükan arxasına əyləşdikləri və Bakı küçələrini “avtoş meydançası”na çevirdikləri aşkarlanıb.
Mənbənin dediyinə görə, barələrində müxtəlif tədbirlər görülən bu məmur və biznesmen balalarını azğınlıqdan çəkindirmək üçün son aylarda polis maraqlı bir cəza növü də tətbiq etməyə başlayıb: 20-30 sutkalığına müvəqqəti saxlama təcridxanalarına aparılan bu “gül balalar”ın, daxili təlimata uyğun olaraq, saçları dibdən qırxılır və əllərinə də süpürgə verilərək, döşəmə və dəhlizləri təmizlətdirirlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










