«Avtoş»dan inanılmaz hərəkətlər – Qəza və sonrası - VİDEO

Bakıda öz günahı ucbatından qəzaya düşən sürücü hirsini maşından çıxıb. Avtosfer.az-ın təqdim etdiyi və hadisə anını əks etdirən videodan məlum olur ki, maşınların arasında təhlükəli manevrlər edərək, birini sağdan, birini soldan ötən, «sağ-sol» etməyi sevən sürücü bir andaca qəzaya düşüb. Yolun bağlı olduğunu göstərən nişanların quraşdırılmasına, sayrışan xəbərdarlıq işarələrinin qoyulmasına baxmayaraq sürücü avtoxuliqanlıq edir, soldan sağa təhlükəli manevr edərək digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradır. Yaxşı ki, qəzaya başqaları yox, elə o özü düşür. Çünki sıxlıq olan yolda maşını bu cür sürənin axırı qəza ilə bitməli idi.
Hadisənin özü kimi, sonrası da maraqlıdır. Qəzadan sonra maşından sağ-salamat yerə düşən sürücü ya keçirdiyi stresdən, ya da əsəbdən maşını «döyməyə» başlayır. O, hirsini soyutmaq üçün avtomobilə təpik və yumruq zərbələri endirir. Hadisə yerinə gələnlər isə onu sakitləşdirməyə çalışır.
Gəlin, bu qəza videosuna bir daha təkrar baxaq. Ən maraqlısı bilirsiniz nədir? Ən maraqlısı odur ki, qəzaya düşən sürücüdən sonra gələn maşınlar da sakitcə o yolu keçib getdilər, qəzaya da düşmədilər. Bu sürücü isə özünü hamıdan ağıllı sayıb təhlükəli döngədə hoqqabazıq etdi və bədəlini ağır ödədi. Sadəcə, bir neçə saniyə səbr etsəydi…
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












