Avtoservislərdə reydlər başlanacaq – SENTYABRDAN ETİBARƏN

Gələn aydan etibarən ölkədə fəaliyyət göstərən avtoservislərdə və avtoyuma məntəqələrində yoxlamalar başlanacaq. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin sentyabr ayı Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunub. Məqsəd iş yerlərində təhlükəsiz şərait yaradılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, nöqsanların aradan qaldırılması, işəgötürən və işçilərin bu məsələlərə diqqətinin artırılmasıdır. Bu tədbir çərçivəsində əməak şəraiti ilə bağlı risklərin böyük olduğu sahələrdə reydlər keçiriləcək. Xidmətin rəisi Fuad Əlizadə bildirib ki, belə sahələrən biri də avtoservislər və avtoyuma məntəqələridir: «Əməyin mühafizəsi normalarının daha çox pozulduğu sahələr sırasında avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri də var. Tədbirlər Planına uyğun olaraq, gələn ay sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq». Araşdırma zamanı həmin obyektlərdə yaradılan şəraitlə yanaşı, işçilərin əmək müqaviləsinin olması, müqavilənin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi də yoxlanacaq. İşçilərin qeyri-leqal formada işləməsi halları aşkarlansa, müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, mütəmadi keçirilən tədbirlər nəticələrini verir. Belə ki, bu il əmək qanunvericiliyinin pozulması halları ötən ilin ilk yarısına nisbətən 12,8%, iş yerində bədbəxt hadisələr 42,1%, bu hadisələrdən ölənlər 2 dəfə, xəsarət alanlar isə 48,8% azalıb.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










