Avtosfer.az-da yeni layihə – Bayrağa hörmətsizlik edən sürücüləri ifşa edək!

Avtosfer.az saytı bu gündən etibarən yeni layihəyə start verir. Layihənin başlıca məqsədi nəqliyyat vasitəsinin üzərindəki dövlət nömrə nişanında əks olunan Azərbaycanın dövlət bayrağını silən və ya biabırçı vəziyyətdə olmasına göz yuman sürücülərə qarşı mübarizədir.
Məlum olduğu kimi, nömrə nişanında bayrağı olmayan və ya bərbad vəziyyətdə olan xeyli avtomobil var. Bəzən sürücülər buna o qədər də əhəmiyyət vermirlər. Lakin qanunvericiliyn tələbi belədir ki, ölkə ərazisində mövcud olan nömrə standartı qorunmalıdır. Bu standartda isə bayraq mütləq nömrənin üzərində əksini tapmalıdır. Bayrağın, AZ yazısının və ya rəqəm və hərflərin hər hansının əzik, solğun, görünməz vəziyyətdə olmasına görə sürücü məsuliyyət daşıyır. Qanun tələb edir ki, bu cür nəqliyyat vasitələri aşkar olunduqda cərimə meydançasına aparılsın, sürücü nömrə nişanını dəyişib standarta uyğun nömrələri yol polisinə təqdim etsin, sürücüyə 60 manat və 3 bal cərimə tətbiq olunduqdan sonra avtomobil duracaqdan buraxılsın.
Bu və digər halları nəzərə alaraq vətəndaşlara müraciət edirik! Əgər küçə və yollarda qarşınıza çıxan avtomobillərdə dövlət nömrə nişanının üzərində Azərbaycanın dövlət bayrağının olmadığını görsəniz, dərhal fotolarını çəkib bizə göndərin. Avtosfer.az saytı olaraq bu cür nəqliyyat vasitələrinin fotolarını toplayıb Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə təqdim edəcəyik.
Ümid edirik ki, DYP həmin sürücülər barəsində müvafiq tədbirlər gördükdən sonra belə hallara yol verən sürücülər bir daha bunu təkrar etməyəcəklər. Bu, həm də başqalarına dərs olar.
Bayrağı sevmək və qorumaq lazımdır. Hər birimiz bayrağımıza hörmətlə yanaşmalıyıq. Nömrənin üzərindən bayraq silinibsə, nömrə bərbad hala düşübsə, DYP-nin imtihan-qeydiyyat şöbəsinə yaxınlaşıb 22 manat dövlət rüsumu ödəməklə bunu aradan qaldıra bilərsiniz. Dövlət qeydiyyat nişanının üzərindən həriflərin, rəqəmlərin silinməsini, bərbad hala düşməsini haradasa başa düşmək olar. Hərçənd, bu da qanunaziddir. Lakin bayrağın silinməsi qəbuledilməz və bağışlanmaz haldır.
Fotoları bu ünvanlara göndərə bilərsiniz:
https://www.facebook.com/avtosfer.az
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var











