«Avtoş»lar şəhər meydanını dağıdıb getdilər – Azərbaycanda - ŞOK VİDEO

Bəlkə də Bakıdan sonra «avtoş»ların meydan suladığı ikinci şəhər Lənkərandır. Avtosfer.az xəbər verir ki, burada deyəsən elə bir toy karvanı yoxdur ki, orada «avtoş» sürücülər hoqqabazlıq edib insanların və özlərinin həyatını təhlükə qarşısına atmasınlar. Lənkəranın mərkəzi küçəsi olan bu ərazi «avtoş»ların məskənidir.
Maraqlıdır ki, orada həmişə Dövlət Yol Polisinin əməkdaşları da olur. Lakin bəzən avtoxuliqanlar meydanı ələ keçirib hoqqabazlıq edəndə yol polisləri gözə görünmür. Başa düşmək olar ki, həmin vaxt yol polisləri başqa ərazidə xidmətdə olublar. Bəs görəsən, o boyda meydanda müşahidə kameraları yoxdur? İnsanların həyatını açıq-aşkar təhlükəyə atan bu sürücülərin cəzalanması mütləqdir. Və Lənkəranda, ümumiyyətlə, ölkə ərazisində toy karvanlarında 20-30 maşının eyni vaxtda hərəkəti məhdudlaşdırılmalıdır. Hoqqabaz sürücülərin toy karvanlarından qovulmasını isə elə toy sahibləri özləri təmin etməlidir. Belə sürücülərin toy karvanında olmasındansa, olmaması daha yaxşı olardı. Yəqin heç kim istəməz ki, toyunda hansısa dayazdüşüncəli bir insana görə xoşagəlməz hadisə baş versin.
Yol polisi də əhali arasında təbliğat işləri aparıb insanları bu cür əməllərdən çəkindirməlidir.
Konkret bu videoya gəlincə, sosial şəbəkədə nə vaxt yayıldığı məlum olmasa da, məlum olan budur ki, videonun üzərində «Elvir – 90 ET 733. Şəhriyarın toyu» yazılıb. Bu video köhnə olsa belə, Lənkəranda avtoxuliqanlarla bağlı artıq çoxsaylı videolardan biridir. Görünür, Lənkəranda bu sahədə ciddi iş görülməlidir.
Elməddin
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










