«Avtoş»ların həbsxana həyatı; aralarında 3 uşaq atası və «qəhrəman» da var - FOTO

Avtoxəbər 24 Aprel 2015 16:13 Oxunub 2099
«Avtoş»ların həbsxana həyatı; aralarında 3 uşaq atası və «qəhrəman» da var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi müxtəlif əməllərə görə həbs olunan 18 sürücünü ictimaiyyətə təqdim edib

Bu ilin aprel ayında Bakı şəhəri ərazisində avtoxuliqanlıq, sərxoş halda və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün saxlanılan şəxslərdən 18-i inzibati qaydada həbs olunub. Hazırda onlar Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkirlər. Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) təşəbbüsü ilə həmin şəxslərlə görüş keçirilib, saxlanılanlar ictimaiyyətə təqdim olunub.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin şəxslər törətdikləri əməllərə müvafiq olaraq məhkəmə qərarı ilə 5 gündən 45 günədək inzibati həbs cəzası alıblar. Onlardan 12-si avtomobili sərxoş vəziyyətdə və sənədsiz, 6-sı isə avtoxuliqanlıq etdiyi üçün saxlanılılıblarr.

Saxlanılan sürücülər arasında Gürcüstan Respublikasının vətəndaşı da var. Sərxoş vəziyyətdə "VAZ 2106" markalı avtomobil idarə edərkən qəza törədən 1989-cu il təvəllüdlü Abduyev Vidadi Eyvaz oğlu Xəzər Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Həbs olunanlar arasında Xəzər rayonunda yaşayan 26 yaşlı Həmidov Ramil Ramiz oğlu da var. R.Həmidov "VAZ 2107" markalı avtomobili ilə avtoxuliqanlıq edib. Saxlanılandan sonra onun sürücülük vəsiqəsinin olmadığı da məlum olub. Məhkəmənin qərarı ilə R.Həmidov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

"VAZ 2107" markalı avtomobillə Bakı küçələrində avtoxuliqanlıq edən digər sürücü isə Səbail rayonu ərazisində saxlanılıb. Bu şəxs 1990-cı il təəvəllüdlü İmanov Baba Adil oğludur. Bu sürücünü BŞDYPİ-nin 4 yol patrul xidməti avtomobili səfərbər ediləndən sonra saxlamaq mümkün olub. Səbail Rayon Məhkəməsinin qərarı ilə B.İmanov 25 gün müddətinə inzibati qaydada həbs olunub.

Saxlanılan avtoxuliqanlar arasında 32 yaşlı sürücü də var. Üç uşaq atası olan İslamov Şirxan Əbdülhüseyn oğlu Hövsan qəsəbəsində yol polislərinə tabesizlik göstərib. Bu səbəbdən də o, saxlanılandan sonra 30 gün müddətinə inzibati qaydada həbs olunub.

DYP-nin şöbə rəisi Vaqif Əsədov yol hərəkəti qaydalarını pozduqları üçün inzibati qaydada həbs olunan bu şəxslərin ictimaiyyətə təqdim olunmasında məqsədin onların ictimai qınağa cəlb edilməsi olduğunu vurğulayıb: "Bu kimi profilaktik Bakı şəhəri ərazisində bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Ümid edirik ki, bu şəxslər və onlar kimi qayda pozan digər sürücülər bu əməllərini növbəti dəfə təkrar etməyəcəklər. Amma bəzən görürük ki, onlar bu əməllərə görə özlərini «qəhrəman» kimi hiss edirlər».

Qeyd edək ki, jurnalistlərlə görüş zamanı avtoxuliqan sürücülərdən bəziləri özlərini «qəhrəman» kimi qələmə verməyə çalışıb. Hətta, kameraya əl edib gülənlər də olub. Sonra isə əməllərindən peşman olduqlarını deyən bu şəxslər səmimi şəkildə etiraf ediblər ki, ağlı olan sürücü bura düşməz: «Bizi şeytan yoldan çıxardıb. Ağlı olan adam maşını o cür sürüb bura düşməz».

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh