«Avtoş»ların qarşısını «Range Rover» kəsdi - QƏZA

Gecə Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Hadisə Heydər Əliyev prospektindən üzü metronun «Koroğlu» stansiyası istiqamətinə gedən yolda baş verib. Hadisə zamanı “VAZ 2106” markalı maşının sürücüsü idarəetməni itirərək avtomobili qarşıda hərəkət edən “Range Rover” markalı digər nəqliyyat vasitəsinə vurub. Bundan sonra “VAZ 2106” yoldan çıxıb və səkilərə dəyərək dayanıb.
Hadisə nəticəsind “Jiquli”də olan bir nəfər sərnişin, 21 yaşlı Quliyev Ağakişi Şamil oğlu deformasiyaya uğrayan maşında köməksiz vəziyyətdə qalıb. Yaralı hadisə yerinə çağrılan xilasedicilər tərəfindən maşndan çıxarılıb və ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Hadisədən sonra “VAZ 2106” markalı maşının sürücüsü qəza baş verən ünvandan yayınıb.
Qəza nəticəsində Heydər Əliyev prospektində nəqiyyatın sıxlığı yaranıb. Yol polislərinin müdaxiləsindən sonra avtobillərin sıxlığı aradan qaldırılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl “VAZ 2106” markalı maşın digər eyni markalı avtomobillə birlikdə avtoxuliqanlıq edərək sürət yarışına çıxıb. Hadisənin də bu səbəbdən baş verdiyi bildirilir.
Qəzadan sonra hadisənin baş verməsində iştirak edən digər “VAZ 2106” markalı avtomobil də ərazidən yayınıb. Qəza ilə bağlı Nizami rayon polis idarəsində araşdırma başlanılıb. Hazırda polislər həm qəzanı törədən, həm də onunla birlikdə yarışan avtomobilin sürücülərinin axtarışlarını davam etdirir.
anspress
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










