Axşam saatlarında bəzi avtobuslar niyə qeyb olur? - RƏSMİ AÇIQLAMA

APA-nın məlumatına görə, sözügedən problem 21:00-22:00 radələrindən etibarən yaşanır. Sakinlərin məlumatına görə, əsasən 2, 10, 13, 32, 35, 38, 66, 78, 90, 104, 108, 116, 125, 134, 136, 147, 148, 158, 161, 170, 171, 179, 199 nömrəli xətt marşrutları son reyslərini ən gec 22:00-da həyata keçirirlər. Sərnişinlər iddia edirlər ki, sürücülər “planı” artıqlaması ilə doldurduqlarından və daha çox qazanc götürdüklərindən axşam saatlarında işləməyə maraqlı olmurlar. Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bunun real vəziyyət olmadığını deyib. Ə.Cəfərov bildirib ki, avtobuslarının axşam saatlarda sayının azalması nəqliyyat vasitəsinin təmirə dayanması və ya nasaz olması ilə əlaqədar ola bilər. “Bir qayda olaraq ictimai nəqliyyat vasitələri səhər saat 06:00-dan axşam saat 00:00-dək işləyirlər. Ancaq saat 08:00-dan 00:00-dək iş qrafikində maşınların sayı azala bilər ki, bu da sərnişin daşınmanın axının azalması ilə bağlı olur. Məsələn, 10 marşrutun hamısı ard-arda işləyə bilməz. Burada yanacaq sərfiyyatını da nəzərə almaq lazımdır. Bununla yanaşı, bu nəqliyyat vasitələri fərdi sahibkarlara məxsusdur və onlar da daha çox gəlir götürmək də maraqlı olurlar. Misal üçün avtobus hər dövriyyəsinə 40-50 manat gəlir götürürsə, niyə saat 21:00-dan sonra da işləməsin? Həmçinin sərnişin axınını da nəzərdə saxlamaq lazımdır”, - deyə Ə. Cəfərov söyləyib. Ə.Cəfərov sərnişinlərdən bu cür hallarla rastlaşdıqları halda, o cümlədən avtobuslara aid digər problemlər yarandığı zaman (012) 563-24-44 nömrəli “Qaynar xətt”ə zəng etmələrini xahiş edib. Onun sözlərinə görə, buraya daxil olan hər bir məlumat yerindəcə araşdırılır və müvafiq tədbir görülür.
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi
Evin qarşısında maşın saxlamaq – azərbaycanlı və fransız sürücülərin oxşar səhvi - FOTO
Benzinin saxlama müddəti bu qədərdir








