Aylıq nəqliyyat vergisi tətbiq oluna bilər... - 8500 manat …

Hazırda Azərbaycanda avtomobil sahibləri üçün aylıq nəqliyyat vergisi ödənişi tətbiq olunmur.
Bəs, gələcəkdə belə bir modelin tətbiqi mümkün hesab edilirmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, Azərbaycanda həm hüquqi, həm də fiziki şəxslər birbaşa və dolayı yollarla artıq müxtəlif vergi və rüsumlar ödəyirlər.
“Hüquqi şəxslər mənfəət vergisi və ya sadələşdirilmiş vergi formasında ödənişlər edirlər, əsas vəsait kimi avtomobillər də bu xərclərə daxildir. Fiziki şəxslər üçün isə nəqliyyat vasitələrinə görə ayrıca aylıq vergi mexanizmi Vergi Məcəlləsində birbaşa nəzərdə tutulmayıb”.
Ekspert qeyd edib ki, vətəndaşlar avtomobil əldə edərkən xüsusilə yüksək gömrük rüsumları ilə qarşılaşırlar:
“Misal üçün, ABŞ-dan 3300 dollara alınan avtomobil üçün Azərbaycanda təxminən 8500 manat gömrük rüsumu ödənilir. Gömrük dəyərinin müəyyənləşdirilməsi üçün altı üsul mövcuddur. Qaydaya görə əvvəlcə sövdələşmə üsulu tətbiq edilməlidir. Əgər mümkün olmazsa, növbəti üsullara keçilməlidir. Lakin Azərbaycanda əsasən ehtiyat üsulla qiymətləndirmə aparılır və analoji avtomobillərin bazar qiymətləri əsas götürülür”.
Asif İbrahimov vurğulayıb ki, ölkədə avtomobil istehsalı faktiki olaraq mövcud deyil, əsasən yığım prosesi həyata keçirilir:
“Çin, Koreya və Almaniya kimi ölkələrlə müqayisədə bizdə avtomobil istehsalı yox, yığım həyata keçirilir. Ehtiyat hissələri xaricdən gətirilir və burada yığılır. Buna baxmayaraq, bu proses istehsal kimi təqdim olunur”.
Ekspert əlavə edib ki, vətəndaşlar avtomobilləri ya yerli bazardan alır, ya da xaricdən gətizdirirlər və bu zaman yüksək gömrük rüsumları ödəmək məcburiyyətində qalırlar. Bundan başqa, texniki baxış, xüsusilə köhnə avtomobillər üçün əlavə xərclər yaradır.
Onun fikrincə, Azərbaycanda birbaşa aylıq nəqliyyat vergisi olmasa da, müxtəlif dolayı mexanizmlərlə vətəndaşlardan artıq kifayət qədər ödəniş tutulur:
“Bu baxımdan desək, nəqliyyat vasitələri üzrə rüsum yoxdur demək düzgün olmaz. Sadəcə bu, birbaşa aylıq vergi formasında deyil, müxtəlif dolayısı yollarla həyata keçirilir”.
Ekspertin qənaətinə görə, mövcud vergi və rüsum yükü fonunda gələcəkdə aylıq nəqliyyat vergisi modelinin tətbiqi cəmiyyət üçün əlavə maliyyə yükü yarada bilər və bu məsələ ciddi iqtisadi əsaslandırma tələb edir.
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...










