Azad edilmiş ərazilərə qeyri-qanuni getmək istəyənlər saxlanıldı - VİDEO

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevral ayının 4-də Tərtər RPŞ-nın əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də, Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə B.Mahmudov, O. Məmmədov və D.Şahvələdovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib. Ş. Mahmudov barəsində isə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı Tərtər RPŞ-da araşdırmalar davam etdirilir.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










