Azad olunmuş ərazilərə qayıdışla bağlı iclas keçirildi

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin əsas məqsədlərindən biri olan həmin ərazilərə əhalinin qayıdışı ilə bağlı konkret vəzifələr müəyyən edib və bu istiqamətdə zəruri tapşırıqlar verib.
Avtosfer.az xəbər verir ki, İşçi Qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan fəaliyyətlərə dair geniş müzakirələr aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı










