Azərbaycan bayrağına hörmətsizlik edən sürücü – FOTO

Azərbaycan bayrağını avtomobilin dövlət nömrə nişanının üzərindən tamamilə silən avtomobillər az deyil. Avtosfer.az-ın əməkdaşı belə avtomobillərdən birinin fotolarını aprelin 22-də Azneft meydanına çəkib. «Hyundai Tucson» markalı, 10 JS 080 dövlət nömrə nişanlı avtomobilin fotolarından da görünür ki, nəqliyyat vasitəsinin arxa nömrəsində Azərbaycan bayrağı, ümumiyyətlə, yoxdur.
Bu qənaətə gəlmək olar ki, ya bayrağımız sürücünün yerini dar edir, ya, onun bayrağın silinməsindən xəbəri yoxdur, ya da bu nömrə kustar üsulla hazırlanıb. Nömrənin tamamilə silinməsi o deməkdir ki, artıq həmin nömrə Azərbaycan Respublikasında mövcud olan nömrə standartına uyğun deyil. Belə halda, Dövlət Yol Polisi əməkdaşı həmin nəqliyyat vasitəsini saxlamalı, sürücüyə 60 manat, 3 bal cərimə tətbiq etməklə avtomobili cərimə meydançasına qoymalıdır. Çünki qanuna görə, bu vəziyyətdə olan nömrə ilə nəqliyyat vasitəsini idarə etmək olmaz. Sürücü nömrələri dəyişdikdən sonra avtomobili cərimə meydançasından çıxara bilər.
Dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinin dövlət rüsumu 22 manatdır. 22 manata görə bayrağa bu qədər şörmətsizlik etmək olmaz. Ümumiyyətlə, cəriməsi oldu-olmadı, hər bir Azərbaycan vətəndaşının Azərbaycanın atributlarına hörmətlə yanaşması lazımdır. Qanun bir yana, insanın Vətən, dövlət sevgisi daxildən gəlməlidir. Belə sürücülərə bayrağı zorla sevdirmək də olmaz. Heç olmasa, qanunun tələbini yerinə yetirib nömrəni normal vəziyyətdə saxlasınlar.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı














