Azərbaycan elektromobilləri xaricdən neçəyə alır - ÖLKƏLƏR, MƏBLƏĞLƏR

2025-ci ilin ilk dörd ayında Azərbaycanın elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə azalıb. Həm idxal edilən avtomobillərin sayı, həm də onların ümumi dəyəri yarıdan çox aşağı düşüb. Avtosfer.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında ölkəyə 609 ədəd elektromobil gətirilib. Bu, ötən ilin eyni dövründəki 1012 ədədlə müqayisədə 403 ədəd və ya 39,8% azalma deməkdir. Dəyər ifadəsində isə azalma daha kəskindir: idxalın ümumi dəyəri 43,4 milyon dollardan 20,4 milyon dollara enib. Bu isə 23 milyon dollar və ya 53% azalma deməkdir.
Bazarın lideri səyişməsə də, payı Çökdü
Azalmanın əsas səbəbi bazarın əsas oyunçusu olan Çindən gətirilən elektromobillərin sayının və dəyərinin kəskin azalmasıdır. Ötən il 830 ədəd elektromobili 33 milyon dollara idxal edən Azərbaycan, bu il Çindən cəmi 279 ədəd avtomobili 7,6 milyon dollara alıb. Bu, sayda 66%, dəyərdə isə 77% azalma deməkdir. Nəticədə, Çindən gətirilən bir elektromobilin orta qiyməti də 39,7 min dollardan 27,3 min dollara enib.
ABŞ bazarda ikinci ən böyük idxalçıya çevrildi
Çinin payının kəskin azaldığı bir şəraitdə, ABŞ-dan gətirilən elektromobillərin sayında və dəyərində böyük artım müşahidə olunub. Ötən il 79 ədəd ABŞ istehsalı elektromobil idxal edilmişdisə, bu il bu rəqəm 176% artaraq 218 ədədə çatıb. Dəyər isə 52% artaraq 2,7 milyon dollardan 4,2 milyon dollara yüksəlib. Bununla da ABŞ, Almaniyanı geridə qoyaraq Azərbaycana ən çox elektromobil satan ikinci ölkə olub.
Almaniya və Böyük Britaniyadan Bahalı İdxal
Almaniyadan idxal olunan elektromobillərin sayı (69-dan 66-ya) və dəyəri ( 5,3 milyon dollardan 5,7 milyon dollara) demək olar ki, dəyişməyib. Lakin bu ölkədən gətirilən bir avtomobilin orta qiyməti 77 min dollardan 86 min dollara yüksəlib. Bazarda ən bahalı elektromobillər isə Böyük Britaniyadan gətirilib. Cəmi 4 ədəd idxal edilsə də, onların orta qiyməti 304 min dollardan 405 min dollara qalxıb.
Koreya, Yaponiya və Meksikadan idxal cüzi artsa da, Belçika, Fransa, İtaliya və İspaniya kimi ölkələrdən bu il elektromobil idxal edilməyib.
|
Ölkə |
Sayı (ədəd) |
Dəyəri (min ABŞ dolları) |
Orta İdxal Dəyəri (ABŞ dolları) |
Orta İdxal Dəyəri (AZN) |
|
Çin |
279 |
7 603.38 |
27 252 |
46 328 |
|
Almaniya |
66 |
5 672.31 |
85 944 |
146 105 |
|
Amerika Birləşmiş Ştatları |
218 |
4 160.15 |
19 083 |
32 441 |
|
Böyük Britaniya və Şimali İrlandiya |
4 |
1 619.43 |
404 858 |
688 259 |
|
Avstriya |
6 |
769.28 |
128 213 |
217 962 |
|
Koreya Respublikası |
21 |
315.52 |
15 025 |
25 542 |
|
Yaponiya |
7 |
140.58 |
20 083 |
34 141 |
|
Meksika |
4 |
75.60 |
18 900 |
32 130 |
|
Cənubi Afrika Respublikası |
1 |
34.00 |
34 000 |
57 800 |
|
İsveç |
1 |
14.00 |
14 000 |
23 800 |
|
Rumıniya |
1 |
5.00 |
5 000 |
8 500 |
|
Türkiyə |
1 |
2.04 |
2 040 |
3 468 |
|
Cəmi |
609 |
20 411.30 |
33 516 |
56 977 |
Elektromobil İdxalının İllik Müqayisəsi (2025 vs 2024, yanvar-aprel)
|
Ölkə |
Say Dəyişimi (ədəd) |
Dəyər Dəyişimi (min $) |
Say Dəyişimi (%) |
Dəyər Dəyişimi (%) |
|
Çin |
-551 |
-25 339.85 |
-3 dəfə |
-4,3 dəfə |
|
Amerika Birləşmiş Ştatları |
+139 |
+1 426.16 |
+2,8 dəfə |
+52,2% |
|
Almaniya |
-3 |
+369.56 |
-4,3% |
+7,0% |
|
Böyük Britaniya və Şimali İrlandiya |
0 |
+403.97 |
0,0% |
+33,2% |
|
Koreya Respublikası |
+15 |
+137.60 |
+3,5 dəfə |
+77,3% |
|
Meksika |
+2 |
+30.40 |
+2 dəfə |
+67,3% |
|
Yaponiya |
+4 |
+101.58 |
+2,3 dəfə |
+3,6 dəfə |
|
İsveç |
0 |
+7.00 |
0,0% |
+100,0% |
|
Belçika |
-13 |
-892.39 |
-100,0% |
-100,0% |
|
Fransa |
-2 |
-45.24 |
-100,0% |
-100,0% |
|
İtaliya |
-2 |
-22.03 |
-100,0% |
-100,0% |
|
İspaniya |
-1 |
-5.00 |
-100,0% |
-100,0% |
|
CƏMİ |
-403 |
-23 017.90 |
-39,8% |
-5 |
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır











