Azərbaycan, Ermənistan və Gürcüstanda BYD NEÇƏYƏ SATILIR?

Məlum olduğu kimi, son illər Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı sürətlə artır.
Avtosfer.az “Yeniavaz”a istinadən xəbər verir ki, bu ilin ilk yarısında ölkəyə 23 min 1 ədəd hibrid avtomobil gətirilib və bu idxal olunan ümumi avtomobillərin 44,5%-nə bərabər olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə cəmi 8 959 hibrid avtomobil gətirilib ki, bu da bu idxal olunan ümumi avtomobillərin 21,2%-nə bərabər olub.
Qeyd edək ki, hibrid avtomobillərin idxalının artması bu avtomobillərə tətbiq olunan ƏDV-nin ləğv olunması ilə bağlıdır. İstehsal tarixi 3 ildən az olan hibrid avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilib. Bu qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minib və 2026-cı il yanvarın 1-dək davam edəcək.
Onu da bildirək ki, hibrid avtomobillərin ƏDV-dən azad olunması belə avtomobillərin satış qiymətlərinə də təsirsiz ötüşməyib.
Hazırda Cənubi Qafqazın 3 respublikasında – Azərbaycanda, Gürcüstanda və Ermənistanda avtomobil qiymətləri arasında nəzərəçarpacaq fərqlər var. Hər 3 ölkədəki mövcud qiymət fərqini görmək üçün avtomobil elanları saytlarına baxmaq kifayət edir.
Nümunə olaraq 2025-ci ilin istehsalı olan "BYD Qin Plus” model avtomobillərin qiymətinə nəzər salmaq olar.
Ermənistanın populyar elan saytlarından olan "list.am”da 2025-ci ilin istehsalı olan "BYD Qin Plus” avtomobili 23 min 300 dollara təklif edilir. Eyni model avtomobilin Gürcüstanın "autopapa.ge” elanlar saytında 15 min 435 dollara (41 675 lari) satıldığı qeyd olunub.
Azərbaycanın məşhur "turbo.az” saytında isə 2025-ci ilin istehsalı olan "BYD Qin Plus” avtomobillərinin satış qiyməti 12 940 dollar (22 000 manat) göstərilir.
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi
Evin qarşısında maşın saxlamaq – azərbaycanlı və fransız sürücülərin oxşar səhvi - FOTO
Benzinin saxlama müddəti bu qədərdir










