Azərbaycan Gürcüstana turist qatarı yola salacaq

"Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı yola sala bilər. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə 5 gün qeyri-iş günü olacaq. N.Əzməmmədov deyib ki, Gürcüstan istiqamətində böyük sərnişin axını gözlənilir və bunun üçün QSC turist qatarının yola salınmasına hazırlıq görür: “Hazırda turizm şirkətlərindən müraciətlər qəbul edirik. Qatarın yola salınması və gəlməsi üzrə yekun qərar bu müraciətlərin əsasında qəbul ediləcək”. Onun sözlərinə görə, turistlərin tələbatından asılı olaraq Bakıdan Tbilisiyə qatar dekabrın 29-da, yaxud 30-da göndərilə bilər. Tbilisidən qatar yanvarın 1-də və ya 2-də yola düşə bilər.N.Əzməmmədov onu da bildirib ki, bayram günlərində sərnişinlərin böyük axını nəzərə alınaraq bütün daxili reyslərin qatarlarına əlavə vaqonlar qoşula bilər: “Sərnişinlərin sayından asılı olaraq bütün qatarlara ümumilikdə 320-yə qədər əlavə vaqon qoşula bilər”.
Mətbuat xidmətinin rəhbəri sərnişinlərə xatırladıb ki, biletləri qatarın yola salınmasına 10 gün qalmış almaq lazımdır. Əlavə vaqonlara biletlərin satışı onların qatara qoşulduğu gün həyata keçiriləcək.
Onun sözlərinə görə, Yeni il bayramı günlərində QSC gücləndirilmiş iş rejiminə, dəmiryol vağzalı və stansiyalar isə növbəli iş rejiminə keçəcək: “Bu, həm sərnişin qatarlarına, həm də yük qatarlarına aiddir”.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










