Azərbaycan Gürcüstandan avtomobil alışını 38 faiz azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 170,5 milyon ABŞ dolları dəyərində 6 367 ədəd avtomobil ixrac edib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq - 38 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard ABŞ dolları dəyərində 82 527 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 5 % çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstandan Qırğızıstana 1 milyard ABŞ dolları dəyərində 31 371 ədəd, Qazaxıstana 567 milyon ABŞ dolları dəyərində 33 375 ədəd, Tacikistana 88,8 milyon ABŞ dolları dəyərində 4 296 ədəd, Özbəkistana 51,5 milyon ABŞ dolları dəyərində 1 815 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












