Azərbaycan Gürcüstandan avtomobil alışını 39 faiz azaldıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 197 milyon ABŞ dolları dəyərində 7 292 ədəd avtomobil ixrac edib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatın görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq - 39 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 622 milyon ABŞ dolları dəyərində 103 989 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 6,3 % çoxdur.
Bu ilin ilk 11 ayında Gürcüstandan Qırğızıstana 1 milyard 328 milyon ABŞ dolları dəyərində 38 902 ədəd, Qazaxıstana 735 milyon ABŞ dolları dəyərində 41 556 ədəd, Tacikistana 152 milyon ABŞ dolları dəyərində 7 009 ədəd, Özbəkistana 72 milyon ABŞ dolları dəyərində 2 433 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












