Azərbaycan Gürcüstandan avtomobil alışını 40 faiz azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 181 milyon ABŞ dolları dəyərində 6 771 ədəd avtomobil ixrac edib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq - 40 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 287 milyon ABŞ dolları dəyərində 92 713 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 5 % çoxdur.
Bu ilin ilk 10 ayında Gürcüstandan Qırğızıstana 1 milyard 166 milyon ABŞ dolları dəyərində 35 225 ədəd, Qazaxıstana 639,23 milyon ABŞ dolları dəyərində 37 093 ədəd, Tacikistana 118 milyon ABŞ dolları dəyərində 5 578 ədəd, Özbəkistana 60,5 milyon ABŞ dolları dəyərində 2 081 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












