Azərbaycan Gürcüstandan avtomobillərin ehtiyat hissələrinin idxalını 45 faiz azaldıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 132 min ABŞ dolları dəyərində 3 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq 45% azdır.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Yanvarda Gürcüstan xarici ölkələrə 403 min ABŞ dolları dəyərində 48,5 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 57 % və 2,3 % azdır.
Hesabat dövründə Gürcüstan Ermənistana 142,8 min ABŞ dolları dəyərində 10,6 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton, Türkiyəyə 39,1 min ABŞ dolları dəyərində 2,7 ton, Birləşmiş Ərəb Əmirliklərinə 7,2 min ABŞ dolları dəyərində 0,4 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












