“Azərbaycan Hava Yolları” QSC məlumat yaydı

“Azərbaycan Hava Yolları” (AZAL) daim özünün uçuş coğrafiyasını genişləndirir. Son illərdə alınan yeni təyyarələr uzaqməsafəli uçuşlar həyata keçirməyə imkan verir. Bu baxımdan İspaniyaya uçuşlar da “Azərbaycan Hava Yolları”nın perspektiv marşrutlar siyahısına daxildir. Lakin bu istiqamətdə uçuşların nə zaman başlanacağı barədə danışmaq hələ tezdir. AzərTAc-ın məlumatına görə, bu sözləri “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib. Onun sözlərinə görə, İspaniyaya uçuşlar “Azərbaycan Hava Yolları”nın perspektiv marşrutlar siyahısına daxildir. Xatırladaq ki, bir müddət əvvəl İspaniyanın EFE xəbər agentliyi 2015-ci ildə Azərbaycan ilə İspaniya arasında birbaşa hava əlaqəsinin yaradılacağı barədə məlumat yaymışdı.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












