Azərbaycan ötən il 493 ədəd avtomobil ixrac etdi: Ən çox satılan maşınlar

2022-ci ildə Azərbaycandan 493 ədəd müxtəlif təyinatlı avtomobil ixrac edilib.
Avtosfer.az xəbər verir ki, ixrac edilən avtomobillərin 471 ədədi minik, 19 ədədi yük, 3 ədədi avtokran, 5 ədədi digər xüsusi təyinatlı avtomobil olub.
İxrac göstəricilərinə dair məlumatlardan aydın olur ki, xaricə satılan avtomobillərin əksəriyyəti bahalıdır. Azərbaycan minik avtomobillərinin ixracından 37,919 milyon dollar əldə edib. Satılan bir avtomobilin orta qiyməti 80,5 min dollardır.
Ötən il 2 ədəd elektriklə işləyən avtomobil də satılıb ki, onların da birinin qiyməti 96,5 min dollar təşkil edib.
Yük avtomobillərinin birinin orta qiyməti 50 min dollar, avtokranların qiyməti 94 min dollar, digər xüsusi təyinatlı avtomobillərin birinin orta qiyməti isə 54 min dollar olub.
Müqayisə üçün bildirək ki, ötən il Azərbaycana idxal edilən avtomobillərin orta qiyməti 14 200 dollar təşkil edib. Minik avtomobillərinin orta qiyməti isə 12 300 dollar olub.
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?










