Azərbaycan-Rusiya sərhədində böyük tıxac yaranıb
Avtoxəbər
15 Avqust 2015 20:11

Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində xeyli avtomobil yığılıb
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillər Rusiya ərazisinə daxil ola bilmirlər.
Avtosfer.az "report"a istinadən bildirir ki, nəticədə Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində xeyli avtomobil yığılıb və tıxac yaranıb. Bu isə əhalinin gediş-gəlişində ciddi çətinliklərə səbəb olub.
Rəsmilər deyiblər ki, sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlər mövcuddur və avtomobillərin buraxılması faktiki dayandırılıb.
Məsələ ilə bağlı Rusiya tərəfdən heç bir açıqlama verilməyib.
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur.
Oxunub : 1877
DİGƏR XƏBƏRLƏR
14 Avqust 2026 11:11
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
13 Avqust 2026 18:41
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
12 Avqust 2026 17:39
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
12 Avqust 2026 16:16
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
12 Avqust 2026 11:14
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
11 Avqust 2026 13:53
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
10 Avqust 2026 16:39
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
10 Avqust 2026 12:30
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
9 Avqust 2026 17:02
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
7 Avqust 2026 08:30
Avropanı və bizi gözləyən ümumi problem
6 Avqust 2026 23:00
Özü "VAZ-2106", qapıları... - FOTO
6 Avqust 2026 17:39
Mitsubishi Pajero ailəsi yeni modellərlə genişlənəcək
ŞƏRH YAZ










