Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 2 faizə yaxın artırıb

2025-ci ildə Azərbaycan Türkiyədən 94,95 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,5 % çoxdur. Təkcə dekabrda isə Türkiyə Azərbaycana 12,262 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,8 % çoxdur. Ötən il Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 11,6 % artaraq 41 milyard 521 milyon ABŞ dollarına, dekabrda isə 8 % artaraq 3,761 milyard ABŞ dollarına çatıb. Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 6 milyard 611,619 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 36,1 % çox), Fransa 5 milyard 088,22 milyon ABŞ dolları (16,8 % çox) və Böyük Britaniya 4 milyard 218,01 milyon ABŞ dolları (1,2 % çox) dəyərində həyata keçirib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












