Azərbaycan yeni nəqliyyat qovşağına çevirir - Deputat

İşğaldan azad edilmiş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanı yeni nəqliyyat qovşağına çevirir. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat vurğulayıb ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq imkanı yaradacaq.
A.Hüseynov qeyd edib ki, bunlardan ən önəmlisi olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər hissəsi arasında nəqliyyat kommunikasiyalarının bərpa edilməsi regionda yeni mərhələnin başlanmasına zəmin yaradır: “Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvan Muxtar Respublikasının postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin yaradıması qardaş Türkiyədən Orta Asiyaya uzanan quruyolun təmin edilməsinə imkan verəcək.
Bu amil eyni zamanda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Nəticədə Naxçıvan mərkəzi logisgtika qovşağı kimi inkişafını daha da sürətləndirəcək”.
Deputat qeyd edib ki, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası ölkəmizin hava nəqliyyatı baxımından da tranzit ölkə kimi əhəmiyyətini artıracaq: “Beləliklə, bütün bu amillər Azərbaycanın etibarlı siyasi güc mərkəzi kimi regional nəqliyyat-logisitika qovşağında aparıcı rol oyanamaqla mövqelərini daha da gücləndirəcək, iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək.
Qafqaz-Asiya-Avropa regionlarında siyasi-iqtisadi, mədəni-humanitar mənzərənin dəyişməsinə ciddi şəkildə təsir göstərəcəkdir. Eyni zamanda, zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilmək imkanlarına malik olacaqdır”.
© Trend
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










