Azərbaycana avtomobil idxalı azalıb: Səbəb nədir? - VİDEO

Ötən il Azərbaycana 74 577 avtomobil idxal edilib. Bu da 2021-ci illə müqayisədə 16 617 ədəd və ya 18,2% azdır.
Avtosfer.az-ın məlumatına görə, avtomobil bazarı üzrə qiymətləndirici Sərxan Qədirov deyib ki, əvvəl ay ərzində 5-10 avtomobil gətirən şəxslər hazırda bu sayı 2-3 ədədə endiriblər. Hətta ölkəyə nəqliyyat vasitələrinin gətirilməsi işini dayandıranlar da var.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, gözləniləndən fərqli olaraq, ölkəyə idxal olunan kiçik mühərrikli avtomobillərin sayında da azalma var. Bunun başlıca səbəbi Rusiyada istehsalın dayandırılmasıdır.
Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycan bazarında Rusiya istehsalı olan nəqliyyat vasitələri geniş yer tuturdu. Hazırda isə həmin ölkədən idxal tam dayanıb.
Eldəniz Cəfərov deyib ki, Avropa və Asiyadan isə dizel və benzin mühərrikli avtomobillərin gətirilməsində ciddi fərq müşahidə edilmir. Təkcə hibrid və elektromobillərin idxalında azalma özünü göstərir. Buna səbəb kimi də istehsalın azalması göstərilir.
Eldəniz Cəfərov onu da əlavə edib ki, Rusiyadan avtomobil idxalının dayandırılması daxili bazara ciddi təsir etməyəcək. Çünki həmin nəqliyyat vasitələrinin yerini Çin istehsalı olan avtomobillər tutur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xezerxeber.az
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










