Azərbaycana gəlmək üçün 57 gün velosiped sürdü - FOTOLAR

Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycana səfər edən portuqaliyalı Jorge Kristovao artıq ölkəmizdədir. BEGOC-dan Avtosfer.az-a verilən məlumata görə, aprelin 10-da Lissabondan yola düşən velosipedçi bu gün Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olub.
Qonağı Azərbaycan Velosiped İdmanı Federasiyasının təmsilçiləri, mətbuat nümayəndələri, milli geyimli gənclər və həvəskar velosipedçilər qarşılayıb.
Qeyd edək ki, Jorge Kristovao səyahət zamanı ümumilikdə 6600 km məsafə qət etməlidir. O Azərbaycanda Balakən - Zaqatala - Qax - Şəki - Oğuz - Qəbələ - İsmayıllı - Şamaxı - Qobustan - Bakı marşrutu ilə hərəkət edəcək. Portuqaliyalı velosipedçi Bakıya iyunun 10-da gələcək və Avropa Oyunlarında iştirak edəcək Portuqaliya nümayəndə heyətinə özü ilə gətirdiyi ölkəsinin bayrağını təqdim edəcək.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
















