Azərbaycana gətirilən avtomobillərin sayı 5 dəfə azalıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 61 242,2 min dollar dəyərində 3 377 ədəd minik avtomobili ixrac olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 414 ədəd avtomobil və ya 4,97 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4,12 dəfə azalıb.
Qeyd edək ki, bu 11 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 26,48% təşkil edib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 36,66%-ni təşkil edib.
Bu ilin yanvar-noyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 11,45% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayında Gürcüstandan Azərbaycana 231 278,1 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 2,21 dəfə azdır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












