Azərbaycana idxal edilən elektromobillərin sayı açıqlanıb

İlin əvvəlindən başlayaraq fevralın 20-dək Azərbaycana elektrik mühərrikli 195 ədəd avtomobil idxal olunub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov "Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
"Aparılan təhlillə müəyyən edilib ki, 2019-cu ildə Azərbaycana 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə isə 160 ədəd elektrik mühərrikli avtomobil idxal olunub. İdxal edilən hibrid avtomobillərin sayı 2019-cu ildə 3645, 2020-ci ildə 5081, 2021-ci ildə isə 12 936 olub. Görülən tədbirlər sayəsində Azərbaycana idxal olunan elektrik mühərrikli avtomobillərin sayı ötən il 486 ədəd artıb. 2023-cü il fevralın 20-dək ölkəyə idxal edilən elektromobillərin sayı isə 195 olub", - o deyib.
İ.Hüseynov ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı yol xəritəsində bu nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi ilə əlaqədar dörd istiqamət müəyyən edilib.
Onun sözlərinə görə, bu istiqamətlər aşağıdakılardır: elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsi ilə əlaqədar olaraq təhlilin və qiymətləndirmənin keçirilməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi üzrə təkliflərin hazırlanması, elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi üçün maliyyə əlçatanlığının təmin edilməsi, elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi üçün zəruri infrastrukturun yaradılması.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib.
Trend
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










