Azərbaycanda 17 sürücü arvadını, 6-sı anasını öldürüb - QORXUNC STATİSTİKA

Ötən il baş verən yol qəzalarını təhlil edərkən təəssüfləndirici faktlar ortaya çıxıb.
Bu barədə lent.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. Onun verdiyi məlumata görə, respublika və paytaxt ərazisində sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etməsi ilə bağlı aparılan təbliğata baxmayaraq 2022-ci il ərzində Respublika yollarında baş verən yol-nəqliyyat hadisələri təhlil edilən zaman təəssüf doğuran statistik rəqəmlər ortaya çıxır:
"2022-ci il ərzində yol verilən qayda pozuntuları zaman baş verən qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub.
Əlbətdə heç bir yol nəqliyyat hadisəsi bilərəkdən və istəyərəkdən törədilmir, lakin məsuliyyətsizlik, intizamsızlıq səbəbindən baş verir.
Bütün bu hadisələrin hüquqi məsuliyyətindən daha ağırı isə doğmalarını itirənlərin ömür boyu çəkdiyi vicdan əzabıdır.
Belə bir halların yaşanmaması üçün hər kəs yol hərəkəti qaydalarına ciddi riayət etməlidir".
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











