Azərbaycanda 25 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 25 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə Avtosfer.az-a Dövlət Xidmətindən bildirilib.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 318 sifariş qəbul edilib, bunun 40-ı elektron qaydada həyata keçirilib.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir.
Budəfəki hərracda Avropa və Cənubi Koreya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 14 min manat olan “Land Rover Defender” markalı avtomobilə ən son təklif 3,5 dəfə çox artaraq 48,7 min manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 12 min manata olan “Hyundai İX-35” markalı nəqliyyat vasitəsi 21,2 min manata satılıb.
Bu hərracda satılan avtomobillər üzrə dövlət büdcəsinə 273,15 min manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33fTeQ )
Növbəti hərraclar 7, 10 mart tarixlərində keçiriləcək. Hərraclara 113 əmlak çıxarılacaq
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










