Azərbaycanda avtobus sürücülərinin xeyli hissəsi Polşaya üz tutdu - SƏBƏB?

Azərbaycanda avtobus sürücülərinin xeyli hissəsi Polşaya üz tutur. Bu proses 3 ildir davam edir. Yüzlərlə sürücü ölkədən gedib. Yüksək maaş onları cəlb edir və ölkədən kütləvi şəkildə gedirlər. Azərbaycanda aldıqları maaşın təxminən 4 qat artığını alırlar (800 manata qarşı 3000 manatdan çox). Odur ki, hazırda ölkəmizdə avtobus sürücüsü tapmaq çox çətindir. Bu şirkət birini işdən qovan kimi o biri şirkət işə götürür. Peşəkar avtobus sürücüsü yetişdirmək üçün AYNA tərəfindən elan verildi ki, 1000 sürücü hazırlansın, yetişdirilsin və peşəkar xidmət göstərsinlər. Həmin elana cəmi 10 nəfər müraciət edib.
Hökümət bu istiqamətdə ciddi layihə ortaya qoymalıdır. Əks halda qeyri-peşəkar sürücüsü avtobusların sükanı arxasına keçəcək və biz inkişaf etmək əvəzinə yenə də geri gedəcəyik - hər gün davalar, qəzalar, yolda yarışmalar və sair...
Məsələ burasındadır ki, avtobus sürücüləri əvvəllər plana işləyirdilər, sonra kartla ödəniş sisteminə keçid başladı. Nəticədə sürücülər aylıq maaşa işləməli oldular. Nəticədə plana işləyəndə ayda 2-3 min manat qazanan sürücünün gəliri birdən-birə ən yaxşı halda 800 manat maaşa düşdü. Buna görə də onlar əlavə qazanc yeri axtarmağa başladılar. Bu gün həmin sürücülərin çoxu ikinci iş yeri tapıb, aralarında taksi sürənlər də var, başqa işlərdə çalışanlar da. Nəticədə bu sürücülər dincəlmədən iş başında olurlar ki, bu da sonra aqressiv sürücü kütləsi formalaşdırır. Belə olanda yaxşı sərnişindaşıma xidmətindən danışa bilmirik. Sərnişinlərlə kobud davranır, sükan arxasında siqaret çəkir və başqa neqativ hərəkətlətə yol verirlər.
Hələ bəziləri narkotik tərkibli maddələr qəbul edir ki, sükan arxasında yuxulamasın.
Bəziləri isə çıxış yolunu xaricə üz tutmaqda gördü və bu gun onların sayı yüzlərlədir. Nəticəsi isə budur ki, hazırda avtobus sürücüsü çatışmazlığı yaranıb.
Əlaqədar qurumlar sürücülərin sosial təmintanı gücləndirmək üçün addımlar atmasa vəziyyət heç də yaxşı olmayacaq.
Elməddin Muradlı
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











