Azərbaycanda avtomobillərin təmiri bahalaşdı

2015-ci ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 6,1%, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,1%, emal sənayesi üzrə isə 0,9% azalıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Komitənin məlumatına görə, cari ilin iyul ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 7,1%, metal filizlərinin hasilatı üzrə 2,0%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,7% azalma müşahidə olunub.
İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,9%, kimya sənayesi üzrə 2,1%, metallurgiya sənayesi üzrə 2,0%, neft məhsullarının istehsalı üzrə 1,6%, maşın və avadanlıqların istehsalı üzrə 1,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,5%, toxuculuq sənayesi və poliqrafiya fəaliyyəti üzrə 0,2% aşağı düşüb.
Bundan əlavə, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 8,5%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 2,4%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,1%, içki istehsalı üzrə 1,0%, geyim istehsalı üzrə 0,9%, mebel və qida məhsullarının istehsalı üzrə 0,2%, tikinti və tütün məmulatlarının istehsalı üzrə 0,1% yüksəlib.
Qeyd edək ki, ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










