Azərbaycanda benzinlə bağlı sürücülərə pis xəbər - RƏSMİ

Dünya bazarlarında neftin qiyməti aşağı düşdüyündən Azərbaycanda yanacağın qiymətinin ucuzlaşması gözlənilirdi. Hətta parlament üzvləri və ekspertlər bununla bağlı təkliflər də səsləndiriblər. Avtosfer.az-ın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytına bildirib ki, benzinin və digər yanacağın qiymətinin yenidən bahalaşacağı və ya ucuzlaşacağı gözlənilmir: «Bununla bağlı Tarif Şurasına da müraciət daxil olmayıb».
Azərbaycanda benzini Tarif Şurası sonuncu dəfə 2013-cü il dekabrın 2-də bahalaşdırıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












