Azərbaycanda bu avtomobillər 12 min manat ucuzlaşıb

2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin yanvar-iyun aylarında ölkəyə 47 minə yaxın minik avtomobili idxal olunub. Bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə təxminən 9 min ədəd və ya 24% artıb. Orta hesabla bir avtomobilə düşən qiymətdə azalma müşahidə edilib. 2024-cü ildə orta qiymət təxminən 18 min dollar, 2025-ci ildə isə təxminən 17 min 300 dollar təşkil edib. Bu rəqəm daha əlçatan və nisbətən ucuz modellərin bazara daxil olduğunu göstərir. Elektromobillər və hibrid nəqliyyat vasitələri üzrə göstəricilər daha da diqqətçəkicidir. 2024-cü ilin ilk yarısında ölkəyə 1 500-dən çox tam elektrikli avtomobil gətirilib. 2025-ci ilin eyni dövründə bu rəqəm 930-a düşsə də, "plug-in" hibridlərin idxalı 14 minə yaxınlaşıb. Bu sinif ötən il statistikada ümumiyyətlə yer almayıb. Bu onu göstərir ki, insanlar daha çox elektriklə işləyən, lakin həm də yanacaqla hərəkət edən modellərə üstünlük verir. Elektrik avtomobillərin orta qiymətində isə ciddi azalma müşahidə edilib. Belə ki, ötən il elektromobillərin bir ədədi ölkəyə 41.3 min dollara gəlirdisə, bu il bu göstərici 34 min dollar olub. Yəni Azərbaycana gətirilən elektrik avtomobilləri təxminən 7.3 min dollar (txəminən 12 min manat) ucuzlaşıb.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












