Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ

"Son aylarda avtomobil bazarında müşahidə olunan qiymət dəyişiklikləri artıq yeni mərhələyə keçib. Xüsusilə ötən ilin sonlarında yeni avtomobillərə tətbiq olunan bəzi güzəştlərin ləğvi və beynəlxalq logistik risklər qiymətlərin kəskin artmasına səbəb olub". Avtosfer.az xəbər verir ki, bunu “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ABŞ-İran müharibəsi fonunda daşınma xərclərinin artması da bu prosesə əlavə təsir göstərib:
"Hazırda isə bazarda nisbi sabitləşmə müşahidə olunur. Yeni avtomobillərin qiymətlərində əvvəlki kimi sürətli artım yoxdur, lakin bu, tam ucuzlaşma demək deyil – sadəcə bazar yeni qiymət səviyyəsinə uyğunlaşır. İkinci əl avtomobil bazarında isə fərqli mənzərə var. Hazırkı dövr bu seqmentdə alış üçün ən uyğun vaxt hesab olunur. Çünki yaxın 3-5 ay ərzində həm yeni avtomobillərin bahalaşması, həm də ümumi inflyasiya fonunda ikinci əl bazarında da qiymət artımı gözlənilir. Alıcıların seçimində də fərqlilik qalmaqdadır. Bir tərəf müasir texnologiyalarla təchiz olunmuş yeni avtomobillərə üstünlük verir. Digər tərəf isə daha etibarlı hesab etdiyi köhnə modelləri seçir. Bu isə ikinci əl bazarının aktuallığını qoruyub saxlamasına səbəb olur. Ümumilikdə, yaxın aylarda avtomobil bazarında ucuzlaşma deyil, daha çox sabitlik və mərhələli bahalaşma tendensiyasının davam edəcəyi proqnozlaşdırılır".
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












