Azərbaycanda daha bir qəza: 2 nəfər yaralandı

Gəncə şəhərində iki avtomobil toqquşub. Hadisə rayonun Sevinc qəsəbəsi ərazisində qeydə alınıb. Gəncə şəhər Polis İdarəsindən anspress-ə verilən məlumata görə, 1955-ci il təvəllüdlü Şəmkir rayon sakini Sərdar Tapdıq oğlu İsmayılovun idarə etdiyi 57- BU – 103 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillə Gəncə şəhər sakini 1988-ci il təvəllüdlü Rasim Etibar oğlu Mehdiyevin idarə etdiyi 90- KR – 079 dövlət nömrə nişanlı “VAZ 21063” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü Sərdar İsmayılov və digər avtomobildə olan 7 yaşlı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Sürücünün vəziyyəti ağır olduğu üçün onu travmatologiya şöbəsinə yerləşdiriliblər. Azyaşlıya isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hadisəyə səbəb VAZ 2106 markalı avtomobilin sürücüsünün işıqforun işarəsinə məhəl qoymaması olub.
Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırmalar aparılır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










