Azərbaycanda elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri quraşdırılır - FOTO

İyunun 17-dən Azərbaycanda elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin quraşdırılmasına başlanılıb.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, "GreenCar" MMC, "Azərişıq" ASC və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilən bu layihə çərçivəsində Bakının müxtəlif yerlərində və ölkəmizin bir sıra regionlarında müasir texnoloji vasitələrlə təmin olunan enerji doldurma cihazları quraşdırılacaq.
İlk belə enerjidoldurma məntəqəsi artıq Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə istifadəyə verilib. Xüsusi proqram təminatı ilə idarə olunan enerji doldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir və elektrik avtomobillərində mövcud olan bütün şarjetmə standartlarını dəstəkləyir.
Xatırladaq ki, "GreenCar" MMC IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində geniş miqyaslı innovativ-ekoloji layihələrin həyata keçirilməsinə başlayıb. Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək verməkdir.
Layihə çərçivəsində, həmçinin müxtəlif ölkələrin istehsalı olan elektrik avtomobilləri, elektrik motosikletləri, elektrik velosipedləri və digər nəqliyyat vasitələri təqdim olunacaq.
Qeyd edək ki, iyunun 17-də "Bakı 2015" birinci Avropa Oyunları çərçivəsində "Azərbaycan evi"ndə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib.
"GreenCar" MMC IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində Azərbaycanda ekologiyanın müdafiəsinə istiqamətlənən təqdimat edib.

W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










