Azərbaycanda elektromobillərə tələbat azalır: Əsas səbəblər açıqlandı - VİDEO

"2026-cı ilin yanvarın 1-dən elektriklə işləyən avtomobillərə tətbiq olunan 18 faizlik güzəşt ləğv edilib. Bu da bazarda əvvəlki aktivliyin azalmasına təsir göstərən əsas amillərdən biridir".
Bu barədə iqtisadçı Emin Qəribli Baku TV-yə məlumat verib.
Onun sözlərinə görə, alıcıların elektrik avtomobillərinə marağının azalmasına təkcə vergi dəyişikliyi deyil, həm də istifadə zamanı yaranan praktik çətinliklər təsir edir.
"Elektrik avtomobillərinin səmərəliliyi hər zaman gözlənilən kimi olmur. Xüsusilə uzun məsafələrdə, yay və qış aylarında vəd edilən yürüş məsafəsini qət etmək mümkün olmur. Buna görə də insanlar daha çox hibrid avtomobillərə üstünlük verirlər", - deyə Emin Qəribli bildirib.
İqtisadçı hesab edir ki, elektrikdoldurma infrastrukturunun kifayət qədər inkişaf etməməsi də bazara mənfi təsir göstərən amillərdəndir.
"Elektrikdoldurma məntəqələrinin sayının artırılmasına ehtiyac var. Bəzi insanlar avtomobillərini hətta ev şəraitində də rahat şəkildə elektrikdoldurma edə bilmirlər. Bu da elektrik avtomobillərinə tələbatın azalmasına təsir göstərir", - deyə o əlavə edib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












