Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC yaxın 3 ayda istehsal gücünü təxminən 30 faiz artırmağı planlaşdırır. Bunu əyləc bəndlərinin istehsalı ilə məşğul olan MMC-nin direktoru Mehman Ağayev deyib.
M.Ağayevin sözlərinə görə, indiyədək istehsala təxminən 1,8 milyon manat investisiya yatırılıb. Yaxın 3 ay ərzində əlavə olaraq 60-70 min dollar investisiyanın yatırılması qarşıya qoyulan əsas məqsəddir. Bu investisiya hesabına yeni avadanlıqlar alınacaq:
“Bununla yaxın 3 ayda istehsalımızı genişləndirə biləcəyik. Əlavə investisiya məhz əyləc bəndlərinin istehsalının həcminin artırılmasına yönəlib”.
M.Ağayev qeyd edib ki, əsas hədəfləri yerli bazarda təxminən 20-25 faizlik paya sahib olmaqdır:
“Bu, eyni sinifdən olan məhsulların pərakəndə satış qiymətlərinin 15-20 faiz azalmasına gətirib çıxaracaq. Hədəfimiz bu ilin sonu-gələn ilin əvvəlinədək bu nəticəni əldə etməkdir”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










