Azərbaycanda ilk elektromobil maşın hazırlanıb - FOTO

“Müxtəlif sahələrdə tətbiqi əhəmiyyəti olan araşdırma işlərinə xüsusi önəm verən Qafqaz Universiteti müəllim və tələbələrinin, eləcə də kampüsdə qurulmuş "Mexanika Mühəndisliyi" laboratoriyalarının potensialından istifadə edərək "EQUE" layihəsinin həyata keçirilməsini dəstəkləyib”. Avtosfer.az xəbər verir ki, bu barədə Qafqaz Universitetindən apa-ya verilən məlumata görə, EQUE layihəsi Qafqaz Universitetinin maliyyə dəstəyi ilə, universitet müəllim və tələbələri tərəfindən icra olunan layihədir. Layihə çərçivəsində mühəndisliyin mexanika, kompüter və kimya bölümlərindən 24 tələbə 13 müxtəlif komanda şəklində fəaliyyət göstərib.
Layihə əsasında elektrik və günəş enerjisi ilə işləyən və özünəməxsus şəkildə dizayn olunmuş 2 maşın hazırlanıb.
Layihənin adı EQUE- Electromobile of Qafqaz University Engineers ingiliscədən tərcümədə “Qafqaz Universiteti mühəndislərinin elektrik maşını” mənasını verir. İtalyancadan tərcümədə isə “eque” sözünün mənası “ədalət” deməkdir ki, bu da layihənin hədəfini simvolizə edir. Layihənin məqsədi müasir texnologiyanın üstünlüklərindən istifadə edərək təbiətdən daha az xammal almaq hesabına ekologiyaya səmərəli olan və insanın enerji istehlakını minimuma endirən nəqliyyat vasitələrini təqdim etməkdir. Bu təqdimatla insanların diqqətini daha az enerji istehlakına yönəldən gənc mühəndislər məhdud enerji resurslarının cəmiyyətdə ədalətli şəkildə bölünməsi prinsipi üzərində dayanmaqla, alternativ enerjinin tətbiqini də ön plana çəkiblər.
Qeyd edək ki, maşının hissələrinin hazırlanması üçün universitetin mexanika laboratoriyasındakı avadanlıqlardan istifadə edilib . Avtomobilin hissələrinin bir hissəsi alınsa da əksəriyyəti laboratoriyada tələbələr tərəfindən hazırlanıb.
Maşının maksimum sürətin 60 km/saatdır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












