Azərbaycanda işıqforlar gecə saatlarında söndürüləcək - VİDEO

Azərbaycanda işıqforların iki rejimdə işləməsinə dair təklif hazırlanır. Məqsəd sürücülərin sıxlıq olmadığı halda yollarda vaxt itirməsinə mane olmaqdır. Nəqliyyatın İntellektual İdarəetmə mərkəzi tərəfindən, hazırda Statistika dairəsi kimi tanınan ərazidə sarı işıq sistemi tətbiq edilir. Yəni müəyyən saatlarda işıqfor sarı işıq rejiminə keçilir.
Bir çox ölkələrdə, xüsusən də avropa ölkələrində işıqforlar iki iş qrafiki ilə işləyir. Gündüzlər ayrı, gecələr isə ayrı rejimdə. Yəni gündüzlər işıqforlarda üç rəng-qırmızı, sarı və yaşıl rənglər ardıcıllıqla yanırsa gecələr yalnız sarı işıq yanıb keçir ki, bu da sürücülərə vaxt itirmədən hərəkət etmə imkanı verir. Səbəb gecə nəqliyyat sıxlığının xeyli azalmasıdır.
Sürücülər kəsişən yollarda avtomobil olmasa belə işıqforda gözləməyin mənasız olduğunu düşünür. Mövcud yol hərəkəti haqqında qanunda isə göstərilir ki, işıqforda sarı işığın yanıb sönməsi həmin işıqforun işləməməsini və yolda hərəkətin tənzimlənməməsini bildirir. Təkliflər qəbul edilsə bu qayda dəyişəcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












