Azərbaycanda IV Moto Festival başlayır

Azərbaycanın ən qədim şəhəri yenidən öz qapılarını dünyanın dörd bir yanından gələn baykerlərin üzünə açır.
Avtosfer.az xəbər verir ki, 28-30 avqust tarixlərində Şəkidə IV Beynəlxalq Qafqaz Moto festivalı baş tutacaq.
Festival “Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Hər il olduğu kimi bu il də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şouları hamını heyran edəcək. Şəkidə çıxış edəcək dünya şöhrətli “Lady Qaqa”, “Elvis Presli”, “Beatles”, “Kiss” qruplarının “tribute”ları isə festivala xüsusi rəng qatacaq. Unudulmaz gecə yerli müğənnilərin ifası, xarici DJ-lərin coşduran musiqiləri ilə davam edəcək.
Qafqaz Moto festivalı çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı yaradılacaq.
Moto festivala motobrendlər, motoklublar, moto mədəniyyət aləmi ilə maraqlananlar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər. Bir sözlə, Moto festival bol əyləncə, “test ride”, adrenalin və azadlıq ruhunu hiss etmək istəyən hər kəs üçündür.
Festival Şəki Olimpiya Kompleksində təşkil olunacaq. Festivalda iştirak pulsuzdur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












