Azərbaycanda minik avtomobili istehsalı artıb, traktor istehsalı azalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-iyun aylarında 260.2 milyon manatlıq məhsul istehsal edilib.
Avtosfer.az bu barədə DSK-ya istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2.8 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2.6 dəfə, maşın və avadanlıqların istehsalı isə 48.7 faiz artıb.
2022-ci ilin yanvar-iyun aylarında 1057 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 262 ədəd çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 12.5 faiz azalıb.
01.07.2022-ci il vəziyyətinə hazır minik avtomobilləri üzrə hazır məhsul ehtiyatı 478 ədəd, traktor üzrə isə hazır məhsul ehtiyatı 31 ədəd təşkil edib.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












