Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin azalıb

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 370 ədəd minik, 210 ədəd yük avtomobili istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 79,1% az və 16,7% çoxdur.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə traktor istehsalında da azalma müşahidə olunub. Traktor istehsalı illik müqayisədə 23,3% azalaraq 670 ədədə düşüb. Bundan başqa, hesabat dövründə ölkədə 469 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal olunub.
Hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.
Statistikaya əsasən, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 200,1 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 28,1%, nəqliyyat vasitələrinin istehsalı 1,1%, avtomobil və qoşquların istehsalı isə 24,0% azalıb.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










