Azərbaycanda neçə avtomobil oğurlandığına görə axtarışdadır? - RƏQƏMLƏR

Azərbaycanda 351 avtomobil qaçırılıb və onların axtarışları davam edir.
Bu barədə Daxili İşlər Nazirliyinin saytının “Axtarışda olan nəqliyyat vasitələri” bölməsində qeyd olunur.
Həmin rəqəm 2005-ci ildən 2023-cü ilədək olan dövrü əhatə edir.
2022-ci ildə Azərbaycanda üç avtomobil oğurluğu qeydə alınıb. 2021-ci ildə də eyni sayda avtomobil oğurluğu hadisəsi olub.
2020-ci il üçün isə bu rəqəm daha çoxdur - 18 avtomobil qaçırılması hadisəsi.
Qeyd edək ki, həmin avtomobillərin axtarışı “Qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin və yol-nəqliyyat hadisəsi yerindən qaçmış sürücülərin axtarışının təşkili haqqında” Təlimata əsasən həyata keçirilir.
Axtarış işinin əsasını oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitələrini aşkar etmək, nəqliyyat vasitələrini oğurlayan, qaçıran şəxsləri müəyyən edərək saxlamaq, eləcə də nəqliyyat vasitələrini ələ keçirmək məqsədilə sürücülərə zor tətbiq edən, həmçinin yol-nəqliyyat hadisəsi yerindən qaçmış şəxslərin müəyyənləşdirilməsi təşkil edir.
Cinayət işlərinin istintaqı ilə əlaqədar nəqliyyat vasitələrinin axtarışı Dövlət Yol Polisi və digər xidmət əməkdaşlarının cəlb edilməsilə DİN-in cinayət-axtarış xidmətləri tərəfindən aparılır. (oxu.az)
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir










