Azərbaycanda şəxsi avtomobili "gəzən ev"ə çevirməyə icazə var? - DYP-dən AÇIQLAMA

Azərbaycanda səyahəti sevən insanlar fərqli istirahət üsullarına üz tuturlar. Bunlardan biri də "gəzən ev" sayılan karavanlardır. Bəzi vətəndaşlar hazır karavanlardan istifadə edirlər, digərləri isə öz nəqliyyat vasitələrini karavana çevirmək istəyirlər. Redaksiyamıza müraciət edən bir neçə yerli turist sözügedən mövzu ilə bağlı məsələdə qaranlıq məqamların olduğunu deyirlər.
Onlara maraqlı olan sual odur ki, bütün sənədlər yerində olduğu təqdirdə şəxsi avtomobilləri "gəzən ev" sayılan karavana çevirib bölgələrimizə səfər etməklə bağlı məhdudiyyət varmı? Yaxud da bunun üçün xüsusi icazə lazımdırmı?
Avtosfer.az xəbər verir ki, bu barədə Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev mövzu ilə bağlı oxu.az-a bildirib ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulmuş normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verməlidir. "Nəqliyyat vasitələrində istehsalçı zavod tərəfindən müəyyən edilmiş hər hansı konstruksiya dəyişikliyinin aparılması yalnız rəsmi icazə əsasında mümkündür. Müvafiq rəy əsasında ixtisaslaşmış avtotexniki təmir servislərində dəyişiklik aparıldıqdan sonra nəqliyyat vasitəsi təkrar dövlət qeydiyyatına alınmalıdır. Yəni əgər avtomobilin texniki göstəriciləri dəyişdirilirsə, bu barədə mütləq şəkildə qeydiyyat şəhadətnaməsində zəruri qeydlər aparılmalıdır. Konstruksiya dəyişikliyi aparılmış nəqliyyat vasitəsi yalnız sadalanan proseslərdən sonra istismar edilə bilər", - M.Ağayev bildirib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












