Azərbaycanda sürücüləri qorxutmaq üçün aldadıcı radar qurdular - FOTOLAR

Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı yenilik edilib. Avtosfer.az-ın verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində yolun kənarına yalançı radar qurğusu quraşdırılıb. Adi dəmir borudan ayaqları olan və boş dəmir qutu halında hazırlanan bu qurğu həqiqi radardan az fərqlənir. Lakin əsas odur ki, bunu görən əksər sürücülər yaşayış məntəqəsində sürəti azaldaraq qaydalara əməl edirlər.
Qeyd edək ki, dünyanın əksər dövlətlərində yollarda hərəkətin təhlükəsizliyini təmin etmək, sürücüləri nizam-intizama dəvət etmək məqsədilə bu cür vasitələrdən tez-tez istifadə olunur. Məsələn, əksər magistrlar yollarda sürət həddini aşan sürücülərə qarşı tətbiq edilən ən mükəmməl vasitə yol kənarına üzərində sayrışan işıqları olan yol polisi avtomobilinin maketini quraşdırmaqdır. Lakin bəzi intizamsız sürücülər bu cür vasitələrin yerini bilib qayda pozmağa davam etdiyi üçün adətən həmin süni vasitələrin yeri tez-tez dəyişdirilir.
Ümid edirik ki, Şəmkirdəki yalançı radar qurğusunu tətbiq etməyə başlayan Dövlət Yol Polisi İdarəsinin bu addımı müsbət nəticə verəcək və bütün ölkəboyu belə vasitələr tətbiq ediləcək. Yol polisinin bu addımını alqışlayır və dəstəkləyirik. Bu cür vasitələri hazırlayarkən bir az diqqət göstərib oxşarlıq yaratmaq və gələcəkdə onların yerini mütəmadi olaraq dəyişmək lazımdır. Çünki bəzi intizamsız sürücülər radarların yerini bilən kimi başqlarına da xəbər verir və sanki qəhrəmanlıq edirmiş kimi, özünü öyür…
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi yollarımızda təhlükəsizliyi təmin etmək üçün bu cür qurğuların quraşdırıldığını təsdiq edib. İdarənin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, burada məqsəd sürücüləri qaydalara əməl etməyə sövq etməkdir: "Gələcəkdə bu cür qurğuların sayı artırılacaq və yeri tez-tez dəyişdiriləcək ki, bəzi sürücülər arxayın olub radarı keçəndən sonra sürət həddini aşmasın. Belə vasitələr adətən magistral yollarda quraşdırılacaq".
Elməddin
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?















